"Australian Open"də tamaşaçı rekordu qeydə alınıb

1 Fevral, 14:30 Sosial mediada paylaşın:
“Australian Open” “Böyük Dəbilqə” seriyalı turnirlər arasında tamaşaçı rekordu ilə yadda qalıb. Yarışın əsas mərhələsini ümumilikdə 839 min 192, təsnifat mərhəsini də nəzərə alsaq 902 min 312 tennis həvəskarı izləyib. Buna qədər rekord 2020-ci ildə qeydə alınmışdı. 3 il əvvəl Melburnda keçirilən nüfuzlu turniri 812 min 174 tamaşaçı izləmişdi. Xatırladaq ki, ötən il “Böyük Dəbilqə” yarışlarından olan “Uimbldon”u 515 min 164, “Rolan Qarros”u 613 min 500, “US Open”i isə 776 min 120 nəfər izləmişdi.
 

CANLI YAYIM