Formula 1 Azərbaycan Qran-Prisi üçün 90-dan çox ölkədən bilet alınıb

1 Fevral, 14:15 Sosial mediada paylaşın:
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışının ilk həftəsində ötən illərlə müqayisədə rekorda imza atılıb. Bakıda keçiriləcək yarış üçün 90-dan çox ölkədən bilet alınıb.
Bunu Azərbaycan Qran-Prisinin mətbuat katibi Turab Teymurov deyib.
Bildirib ki, yarışlara 1500-ə yaxın könüllü cəlb olunacaq. Könüllülər üçün bu istiqamətdə çoxsaylı təlimlər keçiriləcək.
“Yarış üçün nəzərdə tutulan baryerlər Qran-Priyə yaxın vaxtda quraşdırılacaq. Ənənəvi olaraq əyləncə zonası Dənizkənarı Milli Parkda yerləşəcək”, - deyə mətbuat katibi vurğulayıb.

CANLI YAYIM