Qattuzo "Valensiya"dan göndərildi

31 Yanvar, 15:59 Sosial mediada paylaşın:
"Valensiya" baş məşqçi Cennaro Qattuzo ilə yollarını ayırıb.
İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qattuzonun istefaya göndərilməsinə əsas səbəb klubun bu mövsümdə uğursuz çıxışıdır. “Yarasalar” hazırda La Liqada 20 xalla 16-cı pillədə qərarlaşıb. “Valensiya” Kral Kubokunda mübarizəni dayandırıb. Xatırladaq ki, Cennaro Qattuzo ötən ilin iyununda komandanın sükanı arxasına keçmişdi.

CANLI YAYIM