"Turan Tovuz"un qələbəsiz oyunlar seriyası 9-a çatdı

31 Yanvar, 13:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 20-ci turun startı verilib.
İlk görüş “Sumqayıt” və “Turan Tovuz” komandaları arasında olub. 28-ci dəqiqədə “Kimyaçılar” önə çıxıb. Todor Todoroskinin cərimə meydançasına ötürdüyü top traektoriyasını dəyişərək qapıya daxil olub. Fasilə ərəfəsində hesab bərabərləşib. Tovuz futbolçularından Runi Eva fərqlənib. Beləliklə ilk hissə 1:1 hesabilə başa çatıb. 2-ci yarının əvvəlində “Sumqayıt” yenidən üstünlük qazanıb. Cərimə meydançasında nəzarətsiz qalan Kərim Abubakar topu başla qapıdan keçirib. Qonaqlar qalan vaxtda məğlubiyyətdən xilas olmaq üçün çox çalışsalar da, hesabı dəyişə bilməyiblər. “Sumqayıt” – “tovuz Turan “ 2:1. Samir Abbasovun komandası ardıcıl 2 məğlubiyyətdən sonra qalib gəlib. Gənclik şəhəri təmsilçisi hazırda 15 xalla 8-cidir. 9 oyundur qələbə qazana bilməyən “Turan Tovuz” isə 17 xalla 6-cıdır. Hazırda “Qarabağ” 53 xalla zirvədədir. “Köhlən atlar” ən yaxın rəqibi “Sabah”ı 7 xal qabaqlayır.

CANLI YAYIM