Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək

30 Yanvar, 13:30 Sosial mediada paylaşın:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.
İlk oyun günündə bir qarşılaşma keçiriləcək.
12 xalla 9-cu pillədə qərarlaşan "Sumqayıt" "Kapital Bank Arena"da 17 xalla 6-cı olan "Turan Tovuz"u qəbul edəcək.
Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Həmin matçların birində Tovuz klubu qələbə qazanıb, digərində isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda "gənclik şəhəri" təmsilçisi qol vura bilməyib.
Azərbaycan Premyer Liqası
30 yanvar
18:00. "Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Kamal Umudlu
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”.
Qeyd edək ki, turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.

CANLI YAYIM