Novak Cokoviç 9-cu dəfə "Australian Open"in qalibi olub

30 Yanvar, 13:15 Sosial mediada paylaşın:
Serbiyalı məşhur tennisçi Novak Cokoviç kişilər arasında keçirilən “Australian Open-2023” turnirinin qalibi olub.
Yanvarın 16-29-da Melburnda keçirilən mövsümün ilk “Böyük dəbilqə” turnirinin finalında Novak Cokoviç yunan Stefanos Tsitsipası 3:0 hesabı ilə məğlub edib.
Beləliklə də 35 yaşlı serbiyalı bu turnirdə 10-cu çempionluğunu yaşayıb. N.Cokoviç bu qalibiyyətlə kişilərin təkbətək yarışında dünyanın bir nömrəsi olub.
Serbiya Prezidenti Aleksandar Vuçiç sosial media hesabından N.Cokoviçi qələbə münasibətilə təbrik edib, onun dünyanın bir nömrəli tennisçisi olduğunu bildirib və Serbiya xalqı adından təşəkkür edib.

CANLI YAYIM