İdmançılar və qurumlar Rusiyaya görə BOK-a xəbərdarlıq edib

27 Yanvar, 17:30 Sosial mediada paylaşın:
Finlandiya Boks Federasiyası idmançılarını Hindistanda keçiriləcək qadınlar arasında dünya çempionatına göndərməyəcək. Bu barədə Finlandiya mətbuatı məlumat yayıb. Federasiyanın belə bir addım atmasına səbəb isə rusiyalı boksçuların mundialda iştirakıdır. Federasiynın direktoru Marko Layne Rusiya idmançılarının iştirak etdiyi turnirlərə qatılmayacaqlarını söyləyib. Xatırladaq ki, qadınlar arasında dünya çempionatı martın 15-dən 31-nə qədər Dehli şəhərində keçiriləcək. Yeri gəlmişkən, Beynəlxalq Olimpiya Komitəsi qarşıdakı turnirlərə rusiyalı idmançıların mütəmadi buraxılması ilə bağlı qərar qəbul etməyə hazırlaşır. Məşhur isveçli xizəkçi Linn Svan belə olacağı halda yarışlara qatılmayacağını söyləyib. O, Beynəlxalq Olimpiya Komitəsini prinsiplərinə sadiq qalmağa səsləyib. Svan, ruslarla eyni yarışda iştirak etmək fikrində olmadığını qeyd edib. Elə Ukrayna Olimpiya Komitəsi də BOK-un bəyanatına münasibət bildirib. Qurumun rəhbəri Vadim Qutsaytın sözlərinə görə, rusiyalılar beynəlxalq yarışlara buraxılacağı halda, Ukrayna 2024-cü ildə keçiriləcək Parisdəki Yay Olimpiya Oyunlarını boykot edəcək.

CANLI YAYIM