"Qarabağ" Yassin Benzianı transfer edib

27 Yanvar, 15:15 Sosial mediada paylaşın:
"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Ağdam təmsilçisi Fransanın "Dijon" klubundan Yassin Benzianı transfer edib. "Köhlən atlar" 29 yaşlı yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb. Əlcəzair millisinin sabiq üzvü ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb. Qeyd edək ki, Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", "Hatayspor" və Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib.

CANLI YAYIM