Təbrizin "Traktor" klubu səfirliyə qarşı terroru qınadı

27 Yanvar, 15:00 Sosial mediada paylaşın:
Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
(ŞƏKİL) Təbrizin “Tarktor” klubu terror hücumu ilə bağlı rəsmi Tvitter səhifəsində paylaşım edib.  Cənubi Azərbaycan təmsilçisinin paylaşımında terror hadisəsi qətiyyətlə pislənilib: “Qardaş ağrısını sadəcə, qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu qəti şəkildə qınayırıq. Terrora son!” - deyə paylaşımda bildirilir.   

CANLI YAYIM