"Barselona" və "Osasuna" İspaniya Kubokunun yarımfinalına yüskəlib

26 Yanvar, 11:30 Sosial mediada paylaşın:
İspaniya Kubokuun 1/4 finalında “Barselona” doğma arenada “Real Sosyedad”ı qəbul edib. 1-ci hissənin sonunda qonaqların futbolçusu Brais Mendesin qırmızı vərəqə ilə cəzalandırılması  “Real Sosydad”ı azlıqda qoyub. Say üstünlüyü əldə edən meydan sahibləri fasilədən sonra qələbə qolunu vurublar. Usman Dembele yerli azarkeşləri sevindirib. Beləliklə “Barselona” yarımfinala adlayıb.
Günün digər görüçündə isə “Osasuna” doğma arenada “Sevilya”ya qalib gələrək 18 ildən sonra yarımfinala yüksəlib. Ilk hissədə hesab açılmayəb. 71-ci dəqiqədə Çimi Avilya “Osasuna”nın ilk qolunu vurub. Görüşün sonunda Yussef Ən Nesiri tarazlığı bərpa edib - 1:1. Nəticədə komandalar qalibi müəyyənləşdirmək üçün əlavə yarımsaat oynamalı olublar. Burda Abdessəməd Ezzazuli fərqlənərək “Osasuna”ya qələbə qazandırıb - 2:1. Beləliklə komanda tarixində 6-cı dəfə yarımfinala adlayıb. Sonuncu dəfə 18 il əvvəl ölkə kubokunda yarımfinala yüksələn “Osasuna” tarxiində ilk dəfə final həyəcanı yaşamışdı. Amma  2005-ci ildə keçirilən həlledici matçda “Osasuna” “Betis”ə uduzaraq mükafatsız qalmışdı.

CANLI YAYIM