"Qarabağ" və "Zirə" qalib gəldi

26 Yanvar, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 19-cu turunda “Qarabağ” səfərdə “Turan Tovuz”un qonağı olub. Maraqlıdır ki, bu görüşdə olan bütün qollar başla vurulub. Qarşılaşmada hesab 10-cu dəqiqədə açılıb. Cərimə zərbəsindən sonra Musa Qurbanlı topu qapıdan keçirib. Çox keçmədən hesab bərabərləşib. Tovuz klubunun hücumçusu Runi Eva fərqlənməyə nail olub. 4 dəqiqə sonra Ramil Şeydayev fərq yaradıb. Fasilədən sonra 85-ci dəqiqədə “Turan” futbolçuları yenidən tarazlıq yaradıblar. Ehtiram Şahverdiyev komandasını ümidləndirib. Lakin az sonra “Qarabağ” yenidən önə keçib. Bəhlul Mustafazadə Ağdam klubuna 3 xal qazandırıb: “Turan Tovuz” – “Qarabağ” 2:3.
Günün digər qarşılaşmasında isə “Zirə” “Sumqayıt”la qarşılaşıb. Hesab 4-cü dəqiqədə açılıb. Vüsal İsgəndərli “Gənclik şəhəri” təmsilçisini irəli çıxarıb. Lakin lazımi hesabı sonadək qoruya bilməyən komanda ikinci hissədə qapısında 3 top görüb. Əvvəlcə Dimitrios Çantakias hesabı bərabərləşdirib. Ardınca Loris Broqno Zirə azarkeşlərini sevindirib. Görüşdə son nöqtəni isə Toni Qomes qoyub: “Zirə” – “Sumqayıt” 3:1.

CANLI YAYIM