"Qarabağ" albaniyalı hücumçunun keçidini açıqlayıb

25 Yanvar, 11:10 Sosial mediada paylaşın:
“Qarabağ” yeni transferini rəsmən açıqlayıb. Ağdam klubu Albaniya yığmasının hücumçusu Redon Cicanı heyətinə qatıb.
Bu barədə klubun sosial şəbəkə hesabında video paylaşılıb. 24 yaşlı hücumçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Xatırladaq ki, Cicanın əvvəlki klubu Albaniya “Tirana”sıdır. O, daha öncə “Laçi”nin də formasını geyinib. Hücumçu Albaniya yığmasında da 2 oyun keçirib.

CANLI YAYIM