Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib

25 Yanvar, 11:00 Sosial mediada paylaşın:
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başa çatıb.
İkinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə etməklə həlledici mərhələyə vəsiqə qazanıb. Durarbəyli iki görüşün ümumi nəticəsinə görə 1,5:0,5 hesabı ilə qələbə qazanıb. Vüqar Əsədli isə ikinci görüşdə də Məhəmməd Muradlıya qalib gəlməklə final oyununda iştirak hüququ qazanıb. Qeyd edək ki, final mərhələsi yanvarın 26 və 27-də keçiriləcək. İki görüşdən sonra qalib müəyyənləşməsə finalçılar arasında tay-brek oynanılacaq. Eltac Səfərli və Məhəmməd Muradlı isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.

CANLI YAYIM