Bolidlərin təqdimat mərasiminin vaxtları məlum olub

23 Yanvar, 16:53 Sosial mediada paylaşın:
Formula 1 komandalarının yeni mövsüm üçün  təqdimat mərasimlərinin tarixi məlum olub.
Dünya çempionatında çıxış edən 10 komandadan 9-u fevralın 3-dən 16-na qədər bolidlərini ictimaiyyətə təqdim edəcək. Yalnız “Uilyams” komandası yarış avtomobilinin avadanlıqlarını nümayiş etdirəcək. Sürət həvəskarlarına yeni bolidini göstərəcək ilk komanda Mühəndislər Kubokunun son qalibi “Red Bull” olacaq. Avstriya komandası fevralın 3-də yarış avtomobilini ictimaiyyət qarşısına çıxaracaq. Fevralın 7-də “Alfa Romeo” Formula 1 həvəskarlarını təəccübləndirməyə çalışacaq. 4 gündən sonra “Alfa Romeo” ictimaiyyəti AT04 bolidi ilə tanış edəcək.  Fevralın 13-də isə “Maklaren”lə “Aston Martin” diqqət mərkəzinə düşəcək. Növbəti iki gündə “Ferrari” ilə “Mersedes” Formula 1-də yarışacaq maşınlarının təqdimat mərasimini keçirəcək.  Komandalar arasında sonuncu olaraq “Alpin” fevralın 16-da bolidini nümayiş etdirəcək. Xatırladaq ki, Formula 1-də yeni mövsüm martın 5-də Bəhreyndə start götürəcək.  23 qran-prilik çempionata noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində yekun vurulacaq. Azərbaycan Qran-prisinin final mərhələsi isə aprelin 30-da keçiriləcək.

CANLI YAYIM