"Turan Tovuz" albaniyalı hücumçu transfer edib

23 Yanvar, 13:00 Sosial mediada paylaşın:
"Turan Tovuz" növbəti transferi həyata keçirib.
Qərb təmsilçisi Belaydi Pusi ilə anlaşıb. Albaniyalı hücumçu ilə 6 ay+1 il müddətində rəsmi müqavilə bağlanıb. "Vlajniya" yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq "Skenderbeu"nun formasını geyinib. O, bu mövsüm meydana çıxdığı 12 oyunda, 6 qol vurub.

CANLI YAYIM