Pilotların qazancı məlum oldu, bolidlərin mühərriklərinin gücü artdı

19 Yanvar, 17:17 Sosial mediada paylaşın:
Formula 1 pilotlarının növbəti mövsüm üçün məvacibləri açıqlanıb. Son 2 mövsümün çempionu Maks Ferstappen 2023-cü ildə ən çox gəlir əldə edən yarış iştirakçısı olacaq. “Red Bull” pilotu ilə 55 milyon dollar qazanacaq. “Ferrari”ni təmsil edən Şarl Lekler 36 milyon dollar məvacib alacaq. “Mersedes” pilotu Lüis Hemilton isə ondan 1 milyon avro az qazanacaq.  Yeni mövsümdə “Aston Martin” komandasında debüt edəcək 2 qat dünya çempionu Fernando Alonso siyahıda 10-cu pillədə qərarlaşıb. İspaniyalı pilot Böyük Britaniya təmsilçisinin üzvü kimi 5 milyon dollar gəlir əldə edəcək.  Çempionatda ən az qazanca sahib olacaq pilotlar isə “Alfa Tauri” ilə “Uilyams” komandasının üzvləri olacaq.  Yuki Tsunoda ilə Loqan Sarcent hərəyə 1 millyon avro maaş alacaq.
Yeni mövsümdə ən güclü mühərrikə isə “Ferrari” bolidləri sahib olacaq. İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə skuderiyalıların mühərrikləri daha 30 at gücüartacaq.  Bu mənada “Mersedes”lə “Red Bull”   da fəaliyyətsiz qalmayacaq. Almaniya komandasının mühərrikində bu göstərici 16, “Red Bull”da isə 10 vahid artıq olacaq.

CANLI YAYIM