Şahmat üzrə Azərbaycan çempionatında 6-cı tur başa çatdı

19 Yanvar, 11:00 Sosial mediada paylaşın:
Kişi şahmatçıların yüksək liqasında 6-cı tura yekun vurulub. İlk 5 oyununda qalib gələn Vasif Durarbəyli qələbələr seriyasını davam etdirə bilməyib. O, Aydın Sülymanlı ilə sülh bağlayıb. Buna baxmayaraq, Vasif Durarbəyli hələ də ölkə çempionatına başçılıq edir. Onun aktivində 5 xal yarım var. Məhəmməd Mudarlıya qalib gələn Vüqar Əsədli liderdən 1 xal geri qalır və 2-ci yerdədir. Aydın Süleymanlı, Nicat Abbasov və Xəzər Babazadə isə 4 xalla 3-cü 5-ci yerləri bölüşürlər.
20 şahmatçının iştirak etdiyi və İsveçrə sistemi üzrə təşkil olunan çempionatda 9 turdan sonra pley-of mərhələsi keçiriləcək. Yarımfinal və final mərhələlərindən sonra çempionun adına aydınlıq gələcək. Əlavə edək ki, turnirin mükafat fondu 25 min manatdır. 

CANLI YAYIM