"Red Bull"da ixtisarlar davam edir

17 Yanvar, 17:22 Sosial mediada paylaşın:
Mühəndislər Kubokunun son qalibi  “Red Bull” son bir neçə ayda maliyə problemlərinə görə 159 işçisi ilə əməkdaşlığı dayandırıb.
“Mersedes” isə bu müddət ərzində 59 nəfərin müqaviləsinə xitam verib. Məsələ ondadır ki, “Mersedes”in işçilərinin sayı 300 nəfəri keçsə də, bu komanda “Red Bull” qədər məvaciblərə çox xərc ayırmır. Avstriya komandasının əməkdaşının orta hesabla illik məvacibi 173 min dollardan ibarətdirsə, Almaniya şirkəti işçisinə mövsüm ərzində 133 min dollar maaş ödəyir. 2021-ci ildə maliyyə qaydalarını pozduğuna görə 7 milyon dollar dəyərində cərimələnən “Red Bull” məhz buna görə də  ixtisarlara getməyə məcbur olub.

CANLI YAYIM