"Mersedes" Hemiltonla danışıqlara başlayacaq

17 Yanvar, 16:19 Sosial mediada paylaşın:
“Mersedes” britaniyalı pilotu Lüis Hemiltonla müqaviləni yeniləməyə hazırlaşır.
Bu barədə komandanın rəhbəri Toto Volf məlumat verib. Volf yaxın günlərdə Formula 1 üzrə 7 qat dünya çempionu ilə danışıqlara başlayacaqlarını söyləyib. O, yeni mövsümün startına qədər yeni sözləşməyə imza atacaqlarına əminliyini də bildirib. Xatırladaq ki, ötən mövsüm Lüis Hemilton çempionatı 6-cı sırada başa vurmuşdu. Onun komanda yoldaşı Corc Rassell isə 4-cü yeri tutmuşdu.

CANLI YAYIM