"Qəbələ" Çexiya klubuna uduzdu

17 Yanvar, 11:15 Sosial mediada paylaşın:
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" sonuncu yoxlama oyununu keçirib. 
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Çexiyanın "Teplitse" klubu ilə qarşılaşıb. Matç "qırmızı-qaralar"ın 1:2 hesabı məğlubiyyəti ilə başa çatıb. "Qəbələ"nin həyətində Ramon Maçado fərqlənib. "Qəbələ" buna qədər Rumıniyanın "Sepsi" (2:2) və Almaniyanın "Lukenvalde" (3:2) klubu ilə oynamışdı.

CANLI YAYIM