"Australian Open"də 1-ci mərhələ davam edir

16 Yanvar, 17:10 Sosial mediada paylaşın:
Mövsümün ilk “Böyük Dəbilqə” yarışı “Australian Open”də 1-ci mərhələnin oyunları davam edir. ATP  Seriyalı yarışda reytinqin hazırkı 2 nömrəsi Rafael Nadal britaniyalı Cek Dreyperlə qarşılaşıb. İspaniyalı raketka ustası ilk setdə 7:5 hesabilə üstün olub. 2-ci bölümdə Dreyper ümumi hesabda tarazlıq yaradıb. Buna baxmayaraq Rafael Nadal növbəti setlərdə sürprizə imkan verməyib – 6:4, 6:1 Təcrübəli tennisçi 2-ci mərhələdə Makkenzi Makdopnaldla üz-üzə gələcək.
 Digər iddialı tennisçilərdən Stefanos Tsitsipas fransalı Kventin Halislə qarşılaşıb. 2 saat davam edən görüşdə yunanıstanlı raketka ustası hər 3 setdə rəqibindən üstün olub.
Qadınların yarışında da favoritlər ehtimalları doğruldub. ABŞ təmsilçisi Kori Qauf çexiyalı Katerina Siniakovaya çətinlik çəkmədən qalib gəlib – 6:1, 6:4. Kori Qauf 2-ci mərhələdə britaniyalı Emma Radukanu ilə görüşəcək.
Reytinq cədvəlinin 1 nömrəsi İqa Şvyotek isə almaniyalı Yule Nimayeri mübarizədən kənarlaşdırıb.Polşalı tennisçi ilk setdə 6:4, 2-ci hissədə 7:5 hesabilə qalib gəlib. Onun növbəti rəqibi kolumbiyalı Kamila Osorio olacaq.

CANLI YAYIM