"Şamaxı" daha bir futbolçu ilə güclənib

16 Yanvar, 12:30 Sosial mediada paylaşın:
“Şamaxı” futbol klubu növbəti transferini reallaşdırıb.
Yarımmüdafiəçi Əli Səmədov qarşıdakı 1 ildə “Şamaxı”nın formasını geyinəcək.
İyirmi beş yaşlı futbolçu daha əvvəl “Kəpəz”də çıxış edib.
“Şamaxı” bu transferədək hücumçu Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqaviləni yeniləyib.

CANLI YAYIM