"Neftçi" hazırlıq görüşündə Polşa klubuna məğlub olub

16 Yanvar, 12:00 Sosial mediada paylaşın:
Bakının “Neftçi” futbol klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
Paytaxt təmsilçisi Polşanın “Medz Leqnisa” komandası ilə üz-üzə gəlib. Oyun "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Neftçi"nin yeganə qolunu 15-ci dəqiqədə Ağadadaş Salyanski vurub.
Qeyd edək ki, Bakı klubu Antalyada ilk yoxlama matçında Macarıstanın “Vaşaş” komandası ilə heç-heçə edib - 1:1. Komanda yanvarın 19-da Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
 

CANLI YAYIM