"Sabah" Polşa klubunu məğlub edə bilməyib

13 Yanvar, 12:05 Sosial mediada paylaşın:
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Sabah” klubu ilk yoxlama oyununu keçirib.
Baş məşqçi Murad Musayevin komandası Polşanın “Vatra” (Poznan) klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı 42-ci dəqiqədə Bakı təmsilçisinin futbolçusu Aleksey Kaşuk açıb.
Qeyd edək ki, "Sabah" növbəti yoxlama oyununu yanvarın 18-də Serbiyanın “Voyvodina” klubuna qarşı keçirəcək.

CANLI YAYIM