"Qəbələ" Rumıniya klubu heç-heçə oynayıb

13 Yanvar, 11:00 Sosial mediada paylaşın:
Antalyada təşkil olunan təlim-məşq toplanışını davam etdirən “Qəbələ” klubu ilk yoxlama oyununu keçirib.
Mövsümün ikinci yarısının hazırlığına yanvarın 4-də start verən “qırmızı-qaralar” Rumıniyanın “Sepsi” klubu ilə qarşılaşıb.
Qarşılaşma erkən qolla başlayıb. Ülvi İsgəndərov 7-ci dəqiqədə rumıniyalıların qapısına yol tapıb. Fasiləyədək komandamız fərqi artırmaq imkanı qazansa da, hesab dəyişməz qalıb.
Birinci hissədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. İkinci hissənin əvvəlində “Sepsi” bərbərlik qolunu vurub. Buraxılan topdan sonra da hücumlarını davam etdirən “Qəbələ” hissənin ortalarında yenidən fərqlənib. İsnik Alimi penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin Rumıniya klubu da qazandığı 11 metrlik cərimə zərbəsindən yararlanıb. Beləliklə, “Qəbələ” 2023-cü ilin ilk oyunundan məhsuldar heç-heçə ilə ayrılıb – 2:2.
Xatırladaq ki, Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

CANLI YAYIM