"Şamaxı" iki yoxlama oyunu keçirdi

12 Yanvar, 11:00 Sosial mediada paylaşın:
"Şamaxı" Antalya toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirib.
Bölgə təmsilçisi öncə Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gəlib. Matç qolsuz heç-heçə ilə başa çatıb. "Şamaxı" ikinci oyunu Rumıniyanın “Botoşani” komandasına qarşı keçirib. Amma bu oyun ikinci hissədə yarımçıq dayandırılıb. Səbəb güclü yağışın yağmasıdır. 68 dəqiqə oynanılan matçda "Şamaxı" rəqibinə 0:1 hesabı ilə məğlub olurdu.

CANLI YAYIM