"Mançester Yunayted" və "Nyukasl" yarımfinalda!

11 Yanvar, 14:04 Sosial mediada paylaşın:
Ingiltərə Liqa Kubokunda ¼ final mərhəlsi başlanıb. Son 7 rəsmi görüşündə qalib gələn Mançester Yunayted seriyanı davam etdirib. Komanda bu dəfə “Çarlton”u məğlub edib. Mankunyanlar Old Traffordda 3:0 hesablı qələbə qazanıblar. Hesabı Antoni Mateus dus Santus açıb. Fasilədən sonra Markos Reşford diqqət mərkəzinə düşüb. 1 saatın tamamında meydana daxil olan futbolçu görüşün sonunda 2 qol vurub. Ardıcıl 6-cı oyununda fərqlənən Reşford bu görüşlərdə ümumilikdə 7 qol və 2 assitlə yadda qalıb. Ardıcıl 8-ci rəsmi matçında qalib gələn “Mançester Yunyted” isə yarımfinala adlayıb.
Günün digər görüşündə “Nyukasl” doğma arenada “Lester”ə 2:0 hesabı ilə qalib gəlib. İlk hissədə hesab açılmayıb. 1-ci qol saatın tamamına təsadüfb edib. Dan “Börnli” qapını dəqiq nişan alıb. Yekun nəticəni isə Joelinton müəyyənləşdirib. Beləliklə Nyukasl yarımfinala yüksəlib.

CANLI YAYIM