Avroliqada ilk dövrənin son turu sensasiyalı nəticələrlə yadda qalıb

6 Yanvar, 16:19 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada ilk dövrənin sonuncu turuna start verilib. İlk görüşlərdə sensasisyalar qeydə alınıb. Uzun müddət turnir cədvəlinə başçılıq edən “Fənərbağça”  səfərdə “Jalgiris”ə uduzaraq ardıcıl 5-ci görüşdə məğlub. Artıq ilk hissədə Kaunas klubu ciddi müqaviməti ilə üzləşən istanbullular fasiləyə 11 xal fərqilə geridə yollanıb. İkinci hissədə Dimitris İtudisin komandası daha zəif çıxış edib. Son 10 dəqəqlik bölümdə “sarı-lacivərdlilər” qismən fəallaşsa da, bu komandanı böyükhesablı məğlubiyyətdən xilas etməyib: Jalgiris – Fənərbağça 86:66.
Çempionatın liderlərindən “Baskoniya” bütün turnirləri nəzərə almaqla ardıcıl 12 qələbədən sonra Berlində “Alba” qarşısında aciz qalıb. İlk 3 periodda imkanlarından aşağı səviyyədə çıxış edən İspaniya klubu görüşün sonlarında təşəbbüsü ələ alaraq məğlubiyyətdən qaçmağa yaxın olub. Amma son saniyələrdə əla müdafiə olunan almaniyalılar qələbə hesabını qoruya bilib: Alba Berlin – Baskoniya 85:84. Daha bir Almaniya təmsilçisi “Bavariya” da turu qələbə ilə başa vurub. Münhenlilər doğma meydanda “Panatinaikos”u 84:68 hesabı ilə məğlub edib.
Ən gözlənilməz nəticə qeydə alınıb. Çempionatın liderlərindən “Barselona” doğma azarkeşləri qarşısında “Virtus Bolonya”ya 75:83 hesabı ilə məğlub olub. İtaliyanların qələbəsində 20 xal toplayan Danimarka millisinin oyun qurucusu Qabriel Lundberq böyük rol oynayıb. “Monako”nun da Belqradda “Partizan”a 20 xal fərqli məğlubiyyəti gözlənilməz olub. “Knyazlıq” klubu ilk 3 bölümdə pis çıxış etməsə də, son 10 dəqiqəlik hissədə müdafiədə zəif təsir  bağışlayıb. Partizan – Monako 100:80.

CANLI YAYIM