Şahmatçılarımızdan dünya çempionatında fərqli nəticələr

28 Dekabr, 12:00 Sosial mediada paylaşın:
Qazaxıstanda dünya çempionatında həm kişi həm qadınlar arasında rapid növündə daha 4 turun görüşləri olub.
Şəhriyar Məmmədyarov 4 qarşılaşmanın hamısında heç-heçə edib. Milli üzvlərindən ən yaxşı nəticəni Rauf Məmmədov və Vüqar Əsədli göstəriblər. Hər iki şahmatçı 2 qələbə, 1 heçə-heçə, 1 məğlubiyyətlə yadda qalıb. Aydın Süleymanlı 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Abdulla Qədimbəyli 2 qələbə, 2 məğlubiyyət, Vasif Durarbəyli ilə Məhəmməd Muradlı isə 1 qələbə, 1 heç-heçə 2 məğlubiyyətlə günü başa vurub.  Hazırda yarışa 7,5 xalla norveçli Maqus Karlsen başçılıq edir. Şahmatçılarımaza gəldikdə ən yaxşı göstərici hələ ki, Rauf Məmmədovla Şəhriyar Məmmədyarovdadır. Hər iki qrossmeyterimizin 6 xalı var. Qadınların mübarizəsində da 4 tur olub. Ülviyyə Fətəliyeva 2 qələbə, 2 məğlubiyyət, Gülnar Məmmədova ilə Gövhər Beydullayeva 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə yadda qalıb. Xanım  Balacayeva və Ləman Hacıyeva 4 turun yalnız 1 də qalib gəlib. Günay Məmmədzadə isə 4 tura yalnız yarım xal əldə edə bilib. Hazırda qadınların yarışına 6,5 xalla çinli Tan Jonqi başçılıq edir. Liderə ən yaxın olan təmsilçilərimiz - Gülnar Məmmədova və Xanım Balacayevanın aktivində 5 xal var. 

CANLI YAYIM