"Vüqar Həşimov Memorialı-2022"də rapid turnirinə yekun vuruldu

21 Dekabr, 11:10 Sosial mediada paylaşın:
“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinin 3-cü günündə rapid üzrə son 3 tur keçirilib.
7-ci turda şamatçılarımızdan Rauf Məmmədov özbəkistanlı Nodirbek Abdursattarova uduzub. Abdulla Qədimbəyli ispaniyalı Valyexo Pons ilə heç-heçə edib. Aydın Süleymanlı isə komanda yoldaşı Şəhriyar Məmmədyarova qalib gəlməklə diqqət çəkib. Növbəti turda isə Rauf Şəhriyarla, Abdulla isə Aydınla sülh bağlayıb. Sonuncu turda isə Rauf və Şəhriyar qələbə qazanıb. Məmmədov Riçard Rapportu məğlub edib. Məmmədyarov  Abdulla Qədimbəylini xalsız qoyub. Aydın Sülymanlı isə çinli rəqibi ilə sülh bağlayıb. Beləliklə rapid yarışlarından sonra özbəkistanlı Abdursattarov 14 xalla liderdir. Ondan 2 xal geri qalan Rauf Məmmədov və Valyexo Pons 2-ci, 3-cü yerləri bölüşürlər. Şəhriyar Məmmədyarovun 8, Aydın Süleymanlının isə aktivində 6 xal var. Qeyd edək ki, dekabrın 24-də yekun vurulacaq turnir blits yarışları ilə davam edəcək.

CANLI YAYIM