Lüis Hemilton ən çox qazanc əldə edən pilotdur

20 Dekabr, 16:27 Sosial mediada paylaşın:
Formula 1 pilotlarının bu il əldə etdikləri qazanc müəyyənləşib.
Avropa mətbuatının araşdırmaları əsasında “Mersedes” pilotu Lüis Hemiltonun digər rəqiblərindən daha çox qazanc əldə etdiyi məlum olub. 7 qat dünya çempionu yola saldığmız mövsüm 40 milyon dollar qazanıb.  İkinci yerdə son iki mövsümün çempionu Maks Ferstappen qərarlaşıb. “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 35 milyon dollara sahib çıxıb. 3-cü ən çox qazanc əldə edən pilot isə 20 milyon dollarla “Alpin”in şərəfini qoruyan Fernando Alonso olub. 20 pilot arasında ən az gəlir əldə edən isə “Alfa Tauri”dən Yuki Tsunodadır. O, ili 750 min dollarla başa vurub.

CANLI YAYIM