"Vüqar Həşimov Memorialı"nda daha 3 tur keçirilib

20 Dekabr, 12:08 Sosial mediada paylaşın:
"Vüqar Həşimov Memorialı" VIII beynəlxalq şahmat turnirinin ikinci günündə növbəti 3 turun partiyaları keçirilib.
Dördüncü turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ispaniyalı Valeho Pons, Şəhriyar Məmmədyarov rumıniyalı Riçard Rapport, Abdulla Qədimbəyli isə özbəkistanlı Nodirbek Abdusattorov ilə heç-heçə ediblər. Aydın Süleymanlı isə Hindistan şahmatçısı Qukeş Dommaracuya uduzub. Beşinci turda yeganə qələbəni Rauf Məmmədov qazanıb. O, Semuel Şenklendi məğlub edib. Ayıdn Ponsla, Adbulla Rapportla, Məmmədyarov isə Dommaracu ilə sülhə razılaşıb. Günün sonuncu turunda Adbulla Qədimbəyli qələbə qazanıb. O, hindistanlı rəqibindən üstün olub. Şəhriyar ,Rauf və Aydın rəqibləri ilə Xalı yarı bölüb.  Hesabında 10 xal olan Nodirbek Abdusattorov turnir cədvəlində liderliyini davam etdirir. Rauf Məmmədov 9 xalla ikinci, Van Hao 8 xalla üçüncü, Valeho Pons isə 7 xalla dördüncüdür. Rapport, Məmmədyarov, Qədimbəyli və Dommaracu 5 xalla 5-8-ci yerləri bölüşürlər. Şenklend 4 xalla doqquzuncu, Süleymanlı isə 2 xalla sonuncudur.

CANLI YAYIM