"Vüqar Həşimov Memorialı - 2022" şahmat turnirinin açılışı olub

19 Dekabr, 14:00 Sosial mediada paylaşın:
"Vüqar Həşimov Memorialı-2022" 8-ci beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, mərhum şahmatçının atası Qasım Həşimov, Təşkilat Komitəsinin üzvləri və digər şəxslər iştirak ediblər. Mərasimdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ardınca Vüqar Həşimov haqqında videoçarx nümayiş olunub. Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın şahmatda əldə etdiyi uğurlardan söz açıb. Daha sonra Memorialın Təşkilat Komitəsinin sədri Qasım Həşimov tədbirə qatılanlara təşəkkür edib və iştirakçılara uğurlar arzulayıb. Son olaraq baş hakim Lütviyar Rüstəmov iştirakçılara qaydalar haqqında məlumat verib. "Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edir. Memorial rapid və blits üzrə təşkil olunur.
Yarışın ilk günündə 3 turun oyunları keçirilib. Rauf Məmmədov komanda yoldaşı Abdulla Qədimbəylidən üstün olub. Şəhriyar Məmmədyarov çinli şahmatçı ilə heç-heçə edib. Abdulla Süleymanlı isə amerikalı rəqibinə uduzub.  İkinci turu da Rauf qələbə ilə başa vurub. O bu dəfə hindistan şahmatçını məğlub edib. Aydın Süleymanlı özbəkistanlı rəqibi ilə bacramayıb. Məmmədyarov isə Amerika təmsilçisi ilə heç-heçə edib.​ ​ ​ ​ ​ Günün sonuncu turunda Rauf Məmmədov və Adbulla Qədimbəyli rəqibləri ilə xalı yarı bölüblər. Sülemanlı və Məmmədyarov isə uduzublar. Qeyd edək ki, Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə dekabrın 24-dək keçiriləcək.

CANLI YAYIM