"Murov" və "Azərreyl" Çağırış Kubokunda mübarizəni dayandırıb

16 Dekabr, 11:30 Sosial mediada paylaşın:
Kişi voleybolçulardan ibarət "Murov" komandası Çağırış Kuboku turnirində 1/8 finalın cavab görüşnə çıxıb. Komandamız səfərdə 1:3 hersabı ilə məğlub olduğu Niderlandın “Orion” klubunu qəbul edib. İlk setdə rəqib üstün olub – 25:23. İkinci hissədə inamlı oyun nümayiş etdiorən “Murov” voleybolçuları 25-22 hesabı ilə qalib gələrək setlərdə bərabərliyi təmin ediblər. Gərgin keçən 3-cü hissədə isə komandamız tapşırığın öhdəsindəm gələ bilməyib. Bu seti 25-23 hesabı ilə xeyrinə tamamlayan “Orion” mübarizəni taleyini həll edib. Qarşılaşmanın sonrakı hissəsi isə formal xaraklter daçırıb. Bu setdə də qalib başa vuran Niderland təmsilçiləri yeknda  3-1 hesablı qələbə  qazanıblar.  
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu da Avrokuboklarla vidalaşıb. Komandamız  Çağırış Kuboku turnirin 1/16 finalın cavab matçında da  "Zul" kollektivinə 0:3 məğlub olub. Xatırladaq ki. dəmiryolçular ilk görüşdə 1-3 hesavbı ilə uduzmuşdu.

CANLI YAYIM