Kişilərdən ibarət voleybol üzrə Azərbaycan çempionatına start verilib

16 Dekabr, 11:15 Sosial mediada paylaşın:
Kişi və qadın voleybolçuların Azərbaycan çempionatının açılış mərasimi təşkil olunub.
Tədbirdə Azərbaycan Voleybol federasiyasının prezidenti Cavid Qurbanov,  Milli Olimpiya  komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər çıxış edərək idmançılara uğurlar arzulayıblar. Qeyd edək ki, Bu ildən etibarən həm qadınların, həm də kişilərin çempionatı yüksək liqa adlanacaq. Hər liqada 4 komanda mübarizə aparacaq.
Yeri gəlmişkən, kişi voleybolçuların Yüksək liqasında mübarizəyə start verilib. Yarışın açılış turunda debutant “Xarı Bülbül” MOİK kollektivi ilə üz-üzə gəlir.  Şuşanı təmsil edən “Xarı Bülbül” komandası ilk hissəni 25:20 hesabilə öndə bitirib. Növbəti setləri də qalib başa vuran debütant 3:0 hesablı inamlı qələbə qazanıb. Qeyd edək ki, çempionatlar 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa qalib qələbə sayına əsasən müəyyən olunacaq.

CANLI YAYIM