Andreas Zaydl "Maklaren"dən ayrılıb

14 Dekabr, 14:00 Sosial mediada paylaşın:
“Maklaren”in rəhbəri Andreas Zaydl vəzifəsini tərk edib. 
Almaniyalı Formula 1 funksioneri Böyük Britaniya komandasını “Zauber”ə dəyişib.  “Maklaren”ə isə komandanın yarış direktoru Andrea Stella rəhbərlik edəcək. Xatırladaq ki, italiyalı funksioner 2015-ci ildən “Maklaren”də çalışır. O,  2009-2015-ci illərdə “Ferrari”də bu vəzifəni tuturdu.  Andreas Zaydl isə “Audi”  ilə əməkdaşlığa başlayan “Alfa Romeo”ya yeni rəhbər axtarışına çıxıb. Artıq bu komandaya rəhbərlik edən Frederik Vassör “Ferrari”yə üz tutub.

CANLI YAYIM