Qadın voleybolçulardan ibarət millimizin Avropa çempionatında təqvimi bəlli olub

6 Dekabr, 16:56 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət millimizin 2023-cü ildə təşkil olunacaq Avropa çempionatında təqvimi bəlli olub.
Almaniyada keçiriləcək qitə yarışının C qrupunda çıxış edən komandamız mübarizəyə avqustun 18-də başlayacaq. Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmamızın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan seçmələri olacaq.Voleybolçularımız AVRO-2023-də ilk oyunu çexiyalılara qarşı keçirəcəklər. Kollektivimiz avqustun 19-u ev sahibləri ilə üz-üzə gələcək.Qrup mərhələsinin 3-cü turunda Azərbaycan- Türkiyə qarşılaşması olacaq. Komandamız  avqustun 22-də Yunanıstan seçməsilə üz-üzə gələcək. Qrupun son matçı avqustun 23-də olacaq. Millimiz İsveç idmançıları ilə görüşəcək. Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər pley-ofa yüksələcək.

CANLI YAYIM