Cüdo üzrə Azərbaycan çempionatına komanda yarışları ilə yekun vurulub

6 Dekabr, 11:15 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının son günündə komanda yarışları keçirilib.
8 kollektiv qələbə uğrunda mübarizə aparıb. Finalda “Neftçi -1” komandası ilə “Atilla” üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsində keçən qarşılaşmada tərəflər hərəyə 3 qələbə qazanıblar. Püşkə əsasən komandanın ən ağır çəki dərəcəsindəki üzvləri həlledici görüşdə yenidən üz-üzə gəliblər. Əsas vaxt heç-heçə bitsə də, qızıl xal hesabına qalib gələn “Neftçi-1” komandasının cüdoçusu komandasına fəxri mükafatı qazandırıb. “Atilla” isə 2-ci yerlə kifayətlənib. Komanda yarışlarında bürünc mükafatalırı “Kanokan TT” və “Neftçi-2” əldə edib.

CANLI YAYIM