Portuqaliya Çin Qran-prisini əvəzləyəcəik, Madrid də növbəsini gözləyir

2 Dekabr, 17:16 Sosial mediada paylaşın:
Növbəti mövsüm də Formula 1-də Çin Qran-prisi keçirilməyəcək. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Əvəzində yarış Portuqaliyada keçiriləcək. Mənbənin məumatına görə, dekabrın 9-da FİA bu barədə ictimaiyyəti məlumatlandıracaq. Xatırladaq ki, sonuncu dəfə Şanxay trassında yarış 2019-cu ildə keçirilmişdi. Pandemiya dövründə Çin Qran-prini təşkil etməkdən boyun qaçırmışdı.
Yaxın illərdə Piriney yarımadasının böyük şəhərlərindən biri olan Madriddə də  yarış təşkil edilə bilər. Mətbuata açıqlama verən Formula 1-in icraçı direktoru Stefano Domenikali gələcək planlarından danışıb: “Bizim hələ bir neçə il Barselona Qran-prisinin təşkilat komitəsi ilə müqaviləmiz var. Onların təşkilatçılığından razıyıq. Amma Madrid də bizə maraqlı layihə təklif edib. Bu layihəni daha da təkmilləşdirmək lazımdır. Formula 1 İspaniyada Fernando Alonso və Karlos Saynsın sayəsində daha da populyarlıq qazanır. Təbii ki, bu məqam gələcəkdə İspaniyada Qran-prilərin sayının artmasına təkan olacaq”
Xatırladaq ki, ötən ildən Madriddə yeni avtodromun inşasına start verilib. Onun gələn ilə başa çatacağı gözlənilir.

CANLI YAYIM