"Fənərbağça" liderliyini davam etdirir

25 Noyabr, 16:28 Sosial mediada paylaşın:
Avroliqada 10-cu tur başlanıb Lider “Fənərbağça” İtaliyada “Olimpiya Milano”nun qonağı olub. İlk hissədə imkanlarından aşağı səviyyədə çıxış edən istanbullular fasilədən sonra matçın müqəddəratını dəyişərək 82:72 hesabıyla qalib gəlib. Beləliklə də, çempionatda 9-cu qələbəsini qazanan “sarı lacivərdlilər” liderliyini möhkəmlədib. “Olimpiya Milano” isə ardıcıl 6-cı məğlubiyyəti ilə üzləşib. Yeri gəlmişkən, “Fənərbağça”nın 52 yaşlı çalışdırıcısı Dimitris İtudis Avroliqada 200-cü qələbəsinə əldə edən ən gənc məşqçilər arasında 2-ci yerə yüksəlib. Bu mənada rekord “Barselona” və “Panatinaikos”un sabiq baş məşqçisi Xavyer Paskuala məxsusdur.
Liderlik uğrunda mübarizə aparan “Olimpiakos” da turu qələbə ilə başa vurub. Çempionatın ən məhsuldar oyunçularından olan Aleksandar Vezenkovun 24 xal topladığı oyunda Yunanıstan təmsilçisi “Alba Berlin”i 86:76 hesaıbyla məğlub edib. “Real Madrid” də uğurlu çıxışı ilə yadda qalıb. “ “Partizan”ı qəbul edən hazırkı İspaniya çempionu ilk bölümdə rəqibinə 40 xal toplamağa imkan versə də, fasiləyə qədər vəziyyəti xeyrinə dəyişə bilib. Serxio Lyullun 20 xal topladığı oyunda “Real Madrid” ikinci hissədə oyuna nəzarəti əlində saxlayaraq çempionatda 7-ci qələbəsini qazanıb: Real Madrid – Partizan 105:97. Günün digər görüşündə “Srvena Zvezda” Belqradda “Makkabi Təl-Əviv"i 69:68 hesabıyla məğlub edib. 

CANLI YAYIM