Lui van Qal: "Çalışacağıq ki, bu matçda pley-off mərhələsini təmin edək"

25 Noyabr, 14:26 Sosial mediada paylaşın:
A qrupunun 2-ci turunda Niderland və Ekvador seçmələri üz-üzə gələcək.
İlk turda Avropa təmsilçisi Seneqal yığmasını 2-0 hesabilə məğlub edib. Ekvador millisi isə eyni hesabla Qətər kollektivindən üstün olmuşdu. Niderland seçməsinin baş məşqçisi Lui Van Qal jurnalistlərə açıqlamasında bu görüşün daha çətin keçəcəyini bildirib. “Ekvador yığması fiziki cəhətdən çox güclüdür. Seneqal komandası ilə müqayisədə hər an fərqlənə biləcək oyunçuları var. Memfis Depay da bu görüşə tam hazır vəziyyətdə çıxacaq. Onun zədəsi gündən-günə yaxşılaşır. Çalışacağıq ki, bu matçda pley-off mərhələsini təmin edək".
Ekvador millisinin çalışdırıcısı Qustavo Alfaro iddialı danışıb. O, komandasının gücünə inanır: “Favorit Niderland seçməsi sayılsa da mən belə düşünmürəm. Komandamın Qətərlə görüşdə göstərdiyi oyun bunu deməyə əsas verir. Enner Valensiyanın zədəsi elə də ciddi deyil və bu matçda meydanda olacaq. Ekvador xalqına yeni qələbə sevinci bəxş etmək istəyirik".
Qeyd edək ki, "Xəlifa İnternational" stadionunda keçiriləcək matç bu gün saat 20:00-da başlanacaq.

CANLI YAYIM