Portuqaliya millisi mundiala qələbə ilə başladı

25 Noyabr, 12:00 Sosial mediada paylaşın:
Dünya çempionatında H qrupunda çıxış edən Portuqaliya millisi ilk oyununda Qana seçməsi ilə üz-üzə gəlib.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo 5-ci dəfə mundial həyəcanı yaşamaqla, bu nominasiyada Pele, Lionel Messi, Canluici Buffon, Rafael Markes, Lotar Matteus və Antonio Karbahalın nəticəsini təkrarlayıb. Qeyd edək ki, 5 dəfə də Avropa çempionatında iştirak edən Ronaldo ümumilikdə 10 böyük turnirdə çıxış edib ki, bu da avropalı futbolçular arasında rekorddur. 65-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açan portuqaliya millisinin kapitanı daha bir tarixi nailiyyətə imza atıb. Belə ki, o, 5 dünya çempionatında fərqlənən yeganə futbolçu olub. 73-cü dəqiqədə Andre Ayyu tarazlığı bərpa etsə də, afrikalıların sevinci cəmi 5 dəqiqə çəkib. Joau Feliks Portuqaliya millisini hesabda önə keçirib. Qana futbolçuları özlərinə gəlməmiş Rafael Leao 3-cü qolu vurub. Qarşılaşmanın sonunda Osman Bukari Qana yığmasını ümidləndirsə də, avropalılar üstünlüklərini qoruyublar. Beləliklə Portuqaliya millisi mundilala 3:2 hesablı qələbə ilə start verib. 2-ci turda Portuqaliya – Uruqvay və Qana – Cənubi Koreya görüşləri keçiriləcək.

CANLI YAYIM