Braziliya millisi mundiala qələbə ilə start verdi

25 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Dünya çempionatında G qrupunda mübarizə aparan Braziliya millisi ilk oyununda Serbiya yıgması ile üz-üzə gəlib.
Gözlənildiyi kimi 5 qat dünya çempionları ilk dəqiqələrdən təşəbbüsü ələ alıblar. Amma onların səylərinə baxmayaraq fasiləyə kimi hesab açılmayıb. “Sambaçılar” 62-ci dəqiqədə istəklərinə nail olublar. Rişarlison hesabı açıb. Az sonra forvard yenidən diqqət mərkəzinə düşüb. Turnirin ən baxımlı qollarından birini vuran futbolçu yekun nəticəni müəyyənləşdirib - 2:0. Qeyd edək ki, növbəti turda Braziliya – Isveçrə, Serbiya - Kamerun oyunları keçiriləcək. 

CANLI YAYIM