"Zirə", "Kəpəz" və "Sabah" 1/4 finala vəsiqə qazanıb

24 Noyabr, 12:10 Sosial mediada paylaşın:
Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. “Zirə” Mingəçevirdə yerli komdnaya 2:0 hesabı ilə qalib gəlməklə, mərhələ adlayıb. Görüşdə hesabə 30-cu dəqiqədə Dmitrios Çantakias açıb. Fasilədən sonra isə Rüstəm Əhmədzadə qapını dəqiq nişan alıb. Zirə ¼ finalda Neftçi ilə üz-üzə gələcək.
“Kəpəz” də kubokda 1/4 finala yüksəlib. Gəncə təmsilçisi “Sumqayıt”a minimal hesabla qalib gəlib. Görüşdə yeganə qolu Mixeil Erqemlidze vurub. “Kəpəz” ¼ finalda “Turan Tovuz”la qarşılaşacaq.
1/8 finala “Sabah” – “Qaradağ Lökbatan” oyunu ilə yekun vurulub. Görüş “Sabah”ın 5:0 hesablı qələbəsi ilə bitib. 1-ci hissədə Davit Volkov və Bəxtiyar Həsənalızadə fərqlənib. Fasilədən sonra isə Emmanuel Apeh het-trik edib. Beləliklə “Sabah” 1/4 finalda “Səbail”in rəqibi olub. Qeyd edək ki, bu mərhələnin digər oyununda “Qarabağ” və “Qəbələ” üz-üzə gələcək. 

CANLI YAYIM