Almaniya millisi yaponlara məğlub oldu, ispanlardan darmadağın

24 Noyabr, 12:00 Sosial mediada paylaşın:
Dünya çempionatının iddialı komandalarından Almaniya millisi turnirə məğlubiyyətlə başlayıb. E qrupunda çıxış edən bundestim ilk oyununda Yaponiya kollektivi ilə üz-üzə gəlib. Gözlənildiyi kimi almaniya futbolçuları ilk dəqiqələrdən təşəbbüsü ələ alıblar. Onların hücümları 33-cü dəqiqəqə bəhrəsini verib. İlkay Gündoğan penaltini dəqiq yerinə yetirib. 1-ci hissə Almaniya millisinin minimal hesablı üstünlüyü ilə bitib. Amma 2-ci hissə tam fərqli ssenaridə keçib. Əlverişli fürsətlərdən yararlana bilməyən almaniyalıları rəqib cəzalandırıb. 75-ci dəqiqədə Ritsu Doan tarazlığı bərpa edib. bundan ruhlanan asiyalılar az sonra hesabda önə də keçiblər. Takuma Asano yaponiyalı azarkeşləri coşdurub. Qalan vaxtda isə üstünlüyü qoruyan yaponiya millisi tarixi qələbə ilə qazanıb 2:1. 4 il əvvəl rusiyada keçirilən mundialda mübarizəni qrup mərhələsində dayandıran bundestim isə budəfəki yarışa da məğlubiyyətlə başlayıblar.
Dünya çempionatının ən böyük hesablı qələbəsi isə E qrupunda qeydə alınıb. Qrupun favoriti İspaniya millisi "Əl-Tumama" stadionunda Kosta Rika futbolçuları ilə üz-üzə gəlib. Qarşılaşmada 7 qol qeydə alınıb. Hesab 11-ci dəqiqədə açılıb. Dani Olmo ispaniyalı azarkeşləri sevindirib. 10 dəqiqə sonra Marko Asensio fərqi artırıb. Çox keçmədən Ferran Torres penaltini dəqiq yerinə yetirərək hesabı 3:0-a çatdırıb. Fasilədən sonra Ferran Torres dubl müəllifi olub. 74-cü dəqiqədə Pireney təmsilçisinin heyətindən Qavinin zərbəsi qarşısıalınmaz olub. Son dəqiqələrdə isə Karlos Soler və Alvaro Morata hesabı rüsvayçı həddə çatdırıb: İspaniya - Kosta Rika 7:0.

CANLI YAYIM