Avroliqada 9-cu tura start verilib

23 Noyabr, 17:30 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 9-cu turun oyunları start götürüb.
Müntəzəm çempionatın lideri “Fənərbağça” səfərdə ən yaxın izləyicisi “Monako”nun qonağı olub.  İlk hissə istanbulluların üstünlüyü şəraitində keçib. Fasilədən sonra “sarı lacivərdlilər” təzyiqi daha da artırıb. Meydan sahibləri yalnız son bölümdə təşəbbüsü ələ alıb. Amma 18 xal toplayan Cordan Heysin fəallığı “Monako”nu məğlubiyyətdən xilas etməyib. “Fənərbağça”nın heyətində 21 xal toplayan Naycel  Heys isə komandasının bu mövsüm 8-ci qələbə qazanmasında böyük pay sahibi olub: Monako – Fənərbağça 93:96. Daha bir İstanbul komandası “Anadolu Efes” səfərdən qələbə ilə qayıdıb. İtaliyada “Olimpiya Milano”nun qonağı olan son iki mövsümün çempionu Uill Klaybernin 24 xal topladığı görüşdə rəqibini 80:51 hesabı ilə darmadağın edib
Mövsümə olduqca yaxşı başlayan “Olimpiakos” isə son turlar qeyri-sabit çıxışış ilə yadda qalır. İki tur əvvəl evdə “Valensiya”ya məğlub olan pireylilər bu dəfə səfərdə “Makkabi Təl-Əviv”ə 84:90 hesabı ilə uduzub. İspaniya komandalarının duelində isə “Real Madrid” səfərdə “Valensiya”dan 80:73 hesabı ilə üstün olub. Digər İspaniya nəhəngi “Barselona” isə doğma arenada  “Partizan”a heç bir şans verməyib: 79:68. Günün ən dramatik qarşılaşması isə Berlində keçirilib. Yerli publikanın sevimlisi “Alba” overtaymda “Srvena Zvezda”ya 88:84 hesabıyla məğlub olub.

CANLI YAYIM