Krilştianu Ronaldu klubsuz qaldı

23 Noyabr, 15:25 Sosial mediada paylaşın:
“Mançester Yunayted” Kriştianu Ronaldu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Xatırladaq ki, portuqaliyalı ulduz bu yaxınlarda verdiyi müsahibədə "Mançester Yunayted" rəhbərliyini və baş məşqçisini sərt şəkildə tənqid etmişdi. "Qırmızı şeytanlar"la müqaviləsini qarşılıqlı razılıq əsasında pozan 37 yaşlı futbolçu azarkeşlərlə vidalaşıb: "Mançester Yunayted"i və fanatlarını çox sevirəm. Bu, heç vaxt dəyişməyəcək. Müzakirələrdən sonra razılığa gəldik ki, müqaviləni dərhal ləğv edək. Komandaya mövsümün qalan hissəsində və gələcəkdə uğurlar arzulayıram. üşünürəm ki, karyeram üçün yeni çağırış axtarmağın vaxtı çatıb".
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu 2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib. "Qırmızı şeytanlar"ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldo 145 dəfə fərqlənib.

CANLI YAYIM