Zlatko Daliç: "Mərakeş üzərində qələbə qazanacağımıza əminəm"

23 Noyabr, 11:30 Sosial mediada paylaşın:
Dünya çempionatının F qrupunda iştirak edən Xorvatiya millisi bu gün mundialda mübarizəyə başlayır. Avropa təmsilçisi Afrika qitəsindən turnirə qatılan Mərakeş futbolçuları ilə üz-üzə gələcək. Artıq hər iki tərəf oyuna tam hazırdır. Oyundan əvvəl təşkil olunan mətbuat konfransında baş məşqçilər görüş ilə bağlı fikirlərini bildiriblər. Bundan əvvəlki dünya çempionatının gümüş mükafatçısı olan Zlatko Daliç isə əminliyi ilə fərqlənib. O, azarkeşlərin maraqlı mübarizə izləyəcəklərini bildirib: “Dünya çempionatında irəli getmək üçün çox işləmək tələb olunur. Burada uğursuzluq belə komanda və futbolçular üçün böyük təcrübədir. Lakin biz uzun yoldan gəlmişik və məğlub olmaq niyyətində deyilik. Mərakeş keyfiyyətli futbolçuları ilə səciyyələnir. Biz meydanın hər mövqeyi uğrunda yarışacayıq. Qələbə qazanacağımıza əminəm.”
Mərakeş millisini çalışdıran Valid Reqraqui isə ehtiyatlı fikirləri ilə diqqət çəklib: “Əminəm ki, azarkeşlər qruplarda güclünü və zəyifi öz fikirlərində bölüşdürüb. Amma əmin olun ki, mundialda asan rəqib yoxdur. Bizim qrupu da “ölüm” qrupu adlandırıram. Burada əsas məqsəd tutarlı oyun oynamaq və çətin rəqiblər arasında məhv olmamaqdır. Rəqibimiz isə hərkəsə məlumdur. Çətin olacaq.”
Qeyd edək ki, Əl-Xor şəhərinin “Əl-Beyt” stadionunda keçiriləcək Mərakeş – Xorvatiya qarşılaşması bu gün saat 14:00-də başlanacaq.

CANLI YAYIM