Didye Deşam: "Benzemanın yoxluğunu daha çox hiss edəcəyik"

22 Noyabr, 11:30 Sosial mediada paylaşın:
Dünya Çempionatının D qrupunda titulun sahibi Fransa millisi Avstraliya seçməsi ilə qarşılaşacaq. Mundiala bir sıra itkilərlə yollanan  Avropa təmsilçisi bu oyunda Jül Kunde və Rafael Varanın xidmətindən yararlana bilməyəcək. Avstraliya yığması isə ilk matça optimal heyətlə çıxacaq. Fransa seçməsinin baş məşqçisi Didye Deşam jurnalistlərə açıqlamasında görüşün çətin keçəcəyini, buna baxmayaraq komandasının tam hazır olduğunu bildirib: “Təəssüf ki, mundiala istədiyimiz kimi başlaya bilmədik. Əsas heyət oyunçularının bəziləri zədə səbəbindən Dünya çempionatında olmayacaq. Xüsusən də Benzemanın yoxluğunu daha çox hiss edəcəyik. Avstraliya millisinin oyun tərzini təhlil etmişik. Güclü və zəif cəhətlərini bilirik. İlk görüşdə yaxşı nəticə göstərib finala doğru inamla irəliləmək istəyirik”.
Maraqlıdır ki, Fransa millisinin futbolçuları İbrahima Konate və Eduardo Kamavinqa açıqlamaları zamanı Avstraliya millisinin heyətində heç kimi tanımadıqlarını bildirbmişdilər. Okeaniya komandasının çalışdırıcısı Qrem Arnold bu məsələyə münasibət bildirib və görüşə hazırlıq barədə fikirlərini bölüşüb:  “Fransız futbolçuların açıqlamaları məni təəccübləndirdi. Onları müəyyən mənada anlayıram. Biz layiqli cavabı meydanda verməli və kim olduğumuzu göstərməliyik. Fikrimcə, rəqib topsuz da təhlükəlidir. Mövqe hücumları ilə yanaşı, əks-hücumların qarşısını almaq bizim üçün çətin olacaq. İstədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik.
Qətərin Əl Cənub stadionunda keçirilən Fransa-Avstraliya matçı bu gün saat 23-də başlanacaq.

CANLI YAYIM