Lionel Skaloni: "Argentina hər zaman qələbələrə layiqdir, amma bizi fərqli ssenari gözləyir"

22 Noyabr, 11:15 Sosial mediada paylaşın:
Dünya çemionatının C qrupunda mübarizəyə start verilir. Qrupun favoriti Argentina milli komandası Səudiyyə Ərəbistanı seçməsi ilə üz-üzə gələcək. Argentina yığması bütün turnirlər nəzərə alınmaqla ümumilikdə 36 oyunluq məğlubiyyətsiz seriyaya malikdir. Cənubi Amerikalılar sonuncu dəfə 2019-cu ildə Braziliyaya uduzublar. Nikolas Qonzales və Xoakin Korreanın zədələnərək mundialdan kənarda qalması komandanın baş məşçisi Lionel Skaloninin narahat etsə də, 44 yaşlı mütəxəssis komandasını ciddi şəkildə hazırlaşdırır: “İtkilərimiz var. Bilirəm, bütün dünyada bizim mundialın favoriti olduğumuzu söyləyir. Lakin biz komanda olaraq bu düşüncələri kənara buraxıb, oyunumuza köklənmişik. Argentina hər zaman qələbələrə layiqdir amma bizi başqa senari də gözləyə bilər. İstəkli və ehtiyyatlıyıq. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Ümid edirəm ki, Argentina futboluna azarkeşlik edənlər bu gün oyundan sonra sevinərək qələbəni qeyd edəcəklər.”
Səudiyyə Ərəbistanı millisini çalışdıran Erve Renar ehtiyyatlı olduqlarını gizlətməyib: “Rəqibimizi şərh etməyə məncə ehtiyac yoxdur. Uzun müddətdir Cənubi Amerikalılar məğlub olmur. Əminəm ki, bizimlə də matçda uduzmaq niyyətində olmayacaqlar. Meydanda hansı taktiki gedişlər edəcəyimi indidən planlaşdırmışam. Futbolçularım da tam hazırdır. Biz oyuna ciddi köklənmişik. Bir az bəxt amili bizim yanımızda olarsa uğur qazanacağımıza inanıram.”
Qeyd edək ki, “Lusail” şəhərinin “İkona” stadionunda keçiriləcək Argentina – Səudiyyə Ərəbistanı qarşılaşması bu gün saat 14-də başlayacaq.

CANLI YAYIM